Şeyx Qa’ri İkram: Bu Usamənin və Əl-Qaidənin mənhəci olmayıb və olmayacaq!

Sizə təqdim edəcəyimiz məqalənin müəllifi — şeyx-mücahid Qa’ri İkram — əl-Qaidə üzrə şeyx Usamə bin Ladenin silahdaşı olub. Bu məqalə, əslində, İŞİD sözcüsü Əbu Muhəmməd əl-Ədnaninin “Bu bizim mənhəcimiz olmayıb və olmayacaq!” adlı çıxışına, eləcə də onun bu kimi çoxsaylı başqa çıxışlarına cavabdı. Xatırladaq ki, həmən çıxışda əl-Ədnani Əl-Qaidəni və onun rəhbərliyini doğru mənhəcdən azmağda ittiham etdi, və söylədi ki, məhz “İraq və Şam İslam Dövləti” Usamə bin Ladenin və keçmişdə olan başqa cihad liderlərinin (ALLAH ONLARA RƏHMƏT ETSİN) işinin davamçısıdı.

Eləcə də bu məqalə, İŞİD-in çoxsaylı sıravi və rəsmi nümayəndələrinin iddialarına cavabdı. Həmən adamlar iddia edirlər ki, əgər keçmiş cihad liderləri, və o cümlədən şeyx Usamə bin Laden, sağ olsaydılar, onlar mütləq İŞİD-ə qoşulardılar.

___________________________________________

         بسم الله الرحمن الرحيم

ALƏMLƏRİN RƏBBİ OLAN ALLAHA HƏMD OLSUN. ALLAHIN SALAVATI VƏ SALAMI ALƏMLƏRƏ RƏHMƏT OLARAQ GÖNDƏRİLƏN RƏSULUNA, ONUN AİLƏSİNƏ VƏ CÜMLƏN SƏHABƏLƏRİNƏ OLSUN.

Və sonra.

Əl-Bağdadinin camaatının keçmiş cihad liderləri haqqında, və ilk növbədə şeyx-şəhid (İN ŞA ALLAH) Usamə bin Laden haqqında şahidliyi meni iki mesele haqda düşünməyə məcbur etdi.

 

Birinci məsələ:

Yəhudilərin və xristianların Peyğəmbərlər atası İbrahim (عليه السلام) haqqında şahidliyi. Yəhudilər İbrahimin yəhudi olduğunu; nəsranilər (xristianlar) isə onun nəsrani olduğunu söylədilər. Amma Haqq Olan ALLAH – سبحانه وتعالى – Dedi:

مَا كَانَ إِبْرَاهِيمُ يَهُودِيًّا وَلَا نَصْرَانِيًّا وَلَٰكِنْ كَانَ حَنِيفًا مُسْلِمًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ

إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَٰذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُوا ۗ وَاللَّهُ وَلِيُّ الْمُؤْمِنِينَ

 

“İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi. 

Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər və iman gətirənlərdir. Allah möminlərin dostudur!”

 

Ikinci məsələ:

Xavariclərin iddiası. Xavariclər özlərini Peyğəmbərə (صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ) səhabələrdən daha yaxın hesab etdilər. Və bu iddiayla onlar kimə müraciyət etdilər? Peyğəmbərin (صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ) əmisi oğlu, onun kürəkəni, onun cəngavəri, onun yanında çox hadisələrə şahid olmuş, onunla birlikdə döyüşlərdə iştirak etmiş bir insana. Hansı ki, ALLAH Rəsulu (صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ) onu cənnətlə müjdələmiş, ondan razı şəkildə ölmüş, öz yanında onu Musanın yanında olan Haruna bənzətmiş. Amma xavariclər ona dedilər: “Sən dəyişdin, düz yoldan azdın, haqqı tərk etdin, və ALLAHIN nazil etmədiyi ilə hökm etdin! Biz Peyğəmbərin mənhəcini səndən daha yaxşı bilirik!” Və onlar buna bənzər sözləri bütün səhabələr haqqında dedilər (ALLAH SƏHABƏLƏRİN HAMISINDAN RAZI OLSUN). Bunun nəticəsində onlar özlərinə cahil rəhbərlər seçdilər. Bu rəhbərlər onları səhabələrdən haqqı qəbul etməkdən çəkindirdilər. Onlar özləri də azdılar, başqalarını da azdırdılar, və cəhənnəmin itləri oldular.

 

Birinci məsələ haqqında.

ALLAHIN cavablarından biri bu idi:

 هَا أَنْتُمْ هَٰؤُلَاءِ حَاجَجْتُمْ فِيمَا لَكُمْ بِهِ عِلْمٌ فَلِمَ تُحَاجُّونَ فِيمَا لَيْسَ لَكُمْ بِهِ عِلْمٌ ۚ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ

“…Bilmədiyiniz şey barəsində niyə mübahisə edirsiniz?”

Əş-Şəvkani deyir: “O (Uca ALLAH) bunu onların görmədiyi, müşahidə etmədiyi, şahid olmadığı bir şey haqda dedi”.

Və bu gün biz əl-Bağdadinin tərəfdarlarına Uca ALLAHdan olan bir dəlillə cavab veririk, və onlara deyirik: “Bu cihad liderləri, hansı ki siz onların doğru yolda olduqlarına şahidlik edirsiz, və Əl-Qaidəni onların mənhəcindən dönməkdə ittiham edirsiz… Bu insanlar bizim yanımızda idilər! Biz uzun illər onlarla yan-yana yaşamışıq! Biz onların mənhəcini və fikirlərini çox yaxşı bilirik! Biz onların rəhbərliyi altında elm oxumuşuq, biz onlarla səyahət etmişik, rahatlıqda və çətinlikdə onların vəziyyətini görmüşük, onlarla birlikdə çaylar və dağlar aşmışıq, onlarla birlikdə xəndəklərdə yaşamışıq, onların gecələrini və gündüzlərini görmüşük, döyüş və sülh zamanı onların yanında olmuşuq! Mərmilər onların önündə partladıqda, raketlər onları hədəf aldıqda, cəsus-təyyarələr başlarının üstündə uçanda – biz onları görmüşük! Onlarla çoxsaylı münasibətlərdə onların əxlaqının şahidi olduq! Aramızda onlara yaxın qardaş və dost olanlar var idi; bəzilərimizin onlarla münasibətləri ata-oğul münasibətlərinə bənzəyirdi; biz onlara, onlar isə bizə xidmət edirdi; biz onları, onlar isə bizi müşayiət edirdik; biz onlarla, onlar isə bizlə məsləhət edirdilər! Biz onlardan elm, ədəb, yüksək əxlaq, xeyirli davranış, müsəlmanlara qarşı yumşaqlıq, kafirlərə qarşı sərtlik görürdük. Biz onlardan cihadın mənasını, onun yüksək və nəcib məqsədlərini, onun anlamını, onun ədəb və qaydalarını öyrəndik. Onların münasibıtləri insanlara ALLAHI xatırladırdı; Onun cəzasından qorxmaq, Onun mükafatını arzulamağa insanları cəlb edirdi. Lakin sizin isə onlarla heç bir əlaqəniz olmayıb! Siz onlardan bəzi bütün insanların eşitdiyi sözlərdən başqa heç nə eşitməmisiniz, və onların zahiri görkəmindən başqa heç nə görməmisiniz. Belə isə, heç nə bilmədiyiniz şey haqda niyə mübahisə edirsiniz??”

 Biz sizə səhabə həyatından bir əhvalatı xatırlatmaq istəyirik. Bir gün Ömər əl-Fəruq (xəlifə Ömər ibn əl-Xəttab) bir nəfər haqqında dəqiqliylə bilmək istədi və soruşdu ki, onu kim yaxşı tanıyır. Və bir nəfər söylədi: “Mən”. Ömər ondan soruşdu: “Onu necə bir adam kimi tanıyırsan?” O şəxs cavab verdi: “Ədalətli və hörmətə layiq”. Onda Ömər soruşdu: “Sən onu hardan tanıyırsan, bəlkə o sənin yaxın qonşundu, və sən onun gecəsini və gündüzünü, gəlişini və gedişini bilirsən?” O adam dedi: “Yox”. Ömər yenə  soruşdu: “Sənin onunla dinər və dirhəm məsələlərində əlaqən olubmu ki, onun düzgünlüyünün şahidi olasan?” O adam yenə cavab verdi: “Yox”. Ömər bir daha soruşdu: “Onunla birlikdə səfərə cıxmısanmı, əxlaq və ədəbinin şahidi olasan?” O adam bir daha cavab verdi: “Yox”. Və Ömər ona söylədi: “Onda sən onu tanımırsan!”

Bu adam gördüyü və yanında oturduğu şəxs haqqında şahidlik etmək istədi – və Ömər ondan qəbul etmədi! Onda sizin şahidliyiniz necə qəbul edilə bilər – əgər siz həmən rəhbər və alimləri görməmisizsə, və onların yanında bir dəfə də olsun oturmamısızsa? Hətta sizin rəhbərlərivizin, və o cümlədən əl-Bağdadinin – şeyx Usamə və onun silahdaşları haqda təsəvvürü yox idi, yalnız bütün adamların bildiyi şeylərdən başqa, və bir neçə məktubdan başqa. Bu məktublar isə daha çox sizin rəhbərlərə yox, sizin rəhbərlər haqqında idi – onların yalnız nəfslərinə xoş gələn şeylərdə itaət etdiklərı barədə. Və həqiqətən, şeyx Əbu Yəhyə Libi (ALLAH ona rəhmət etsin) mənə yazmışdır ki, İraqda qardaşlar bizim əmr etdiyimiz şeylərin əksini edirlər!

Beləliklə, rəşidi xəlifə Ömər əl-Fəruqun anlamına əsaslanaraq, biz sizə söyləyirik: “Siz bu adamları tanımırsız!”

 

İkinci məsələ haqqında:

Biz deyirik: Usamə xavaric əqidəsində deyildi, ona ən yaxın adamlar isə – Əymən və onun silahdaşlarıdı. Onlar onu, o isə onları tanıyırdı. Və əgər bu gün Usamə, və yaxud ƏtiyətuLlah əl-Libi, və yaxud Əbu Yahyə sağ olsaydılar, siz başqaları haqqında dediyinizi onların haqqında da deyərdiniz. Çünki onlar mütləq və qəti olaraq sizin əməllərinizə qarşı çıxardılar, və sizdən çəkindirərdilər – və onda siz boş-boşuna deşilmiş ələklə günəşdən örtünməyə çalışardınız. 

Əgər onlar sağ olsaydılar, siz görərdiniz ki, şeyx Əymənin sizə münasibəti çox yumşaq olub, çünki biz bu iki şəxsin — ƏtiyətuLlah və Əbu Yahyənin (ALLAH onlara rəhmət etsin) — sizin kimi adamlara qarşı sərtliyini yaxşı bilirik! Onlar həddini aşan, başqa məxluqlarla özünü təkəbbürlü aparan, alimlərə və xeyir əhlinə hörmətsizlik göstərən insanlara qarşı çox sərt olublar! Bu insanlar sağ olsaydılar, siz onlardan ən böyük qınağ və tənqid görərdiniz! Və onlar sizin düşmən saydığınız müxaliflər siyahınızda birinci olardılar! Və siz hətta müdrik şeyx Əymənə, və onun yanında olan hörmətli şeyxlərə atmadığınız oxları da onlara tərəf atardınız!

 

Şübhəli dəlillərə əsaslanaraq müxalif olanları təkfir edib, evlərinə bomba ilə dolu maşın göndərmək onların mənhəci deyildi!

 

Və nəinki müsəlman və mücahidlərin – hətta kafirlərin arvad və uşaqlarını qəsdən öldürmək onların mənhəci deyildi!

 

Hakimiyyət və dünya malı uğrunda rəqabət onların mənhəci deyildi!

 

Sizin ağızlarınızdan hər bir minbərdə yağan lənət, şər və dil əxlaqsızlığı onların mənhəci deyildı!

 

Lovğalıq, müsəlmanlara əziyyət vermək, qanlarını içmək, və meyitlərinin içində rahat qəlblə yaşamaq onların mənhəci deyildi!

 

Saleh elm adamlarına qarşı təkəbbürlük, onları yalnız fikir ayrılığina görə alçaltmaq onların mənhəci deyildi!

 

İslam ümmətinin haqlarına əl uzatmaq onların mənhəci deyildi!

 

Təqiyyə, başdan ayağa çevirmək, natəmiz hiyləgərlik onların mənhəci deyildi!

 

Hökmün onlara qarşı olmasından ehtiyat edərək, şəriət məhkəməsindən boyun qaçırmaq onların mənhəci deyildi!

 

İctihad məsələlərində şiddətli sərtlik, başqa fikirdə olanlardan üz çevirmək onların mənhəci deyildi!

 

Fərqli fikirdə olanı alçaltmaq, bir səhvə görə onun bütün yaxşı əməllərinə xətt çəkmək onların mənhəci deyildi!

 

Rəhbər və təşkilatlara münasibətdə fanatizm; sonra isə dostluq və düşmənçiliyi bu eybəcər fanatizm üzərində qurmağ onların mənhəci deyildi!

 

Bu Usamənin və Əl-Qaidənin mənhəci olmayıb və olmayacaq!

 

 

             Ərəbcəsi:     http://justpaste.it/os23

                                   http://qekram.blogspot.com/

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s