Müsəlmanın küfr orqanlarına yardım üçün müraciət etməsi və məhkəmədə özünü qoruması haqda

Sual: Əgər müsəlman haqsız olaraq kafirlər tərəfindən həbs edilibsə, onun haqlarını küfr məhkəməsində qorumaq olarmı? Və yaxud, o özü özünü belə bir məhkəmədə qoruya bilərmi?

Bu günkü reallıq ondan ibarətdir ki, müsəlmanların böyük əksəriyyəti küfr ölkələrində yaşadıqları üçün bir çox mühüm problemlərlə qarşılaşırlar, təzyiqlərə və haqlarının tapdalanmasına məruz qalırlar. Bəzi ölkələrdə kafirlər öz qoyduğu qanunları pozaraq müsəlmanları şərləyirlər, evlərinə narkotik və yaxud silah atırlar, həbs edərək uzun müddət azadlıqdan məhrum edirlər. Bəzən isə başqa cür hallara rast gəlmək olar, məsələn: qadın islamı qəbul edir, əri isə yox – bunlar bir birindən ayrılırlar, və ata çalışır ki, hər hansı bir yolla uşaqları müsəlman ananın əlindən alsın. Təbii ki, bu cür əhəmiyyətli hallarda belə bir sual ortaya çıxır: müsəlmanın haqlarını küfr orqanlarında və küfr məhkəməsində qorumaq olarmı?

Aydın məsələdir ki, tağut qanunları ilə mühakimə istəmək küfrdü və islamdan çıxaran bir əməldi. Amma bəzi zəruri hallarda müsəlmanın haqlarını tağut məhkəməsində qorumaq necə? Bu caizdirmi?

Yenə də misal gətirək: məsələn, bir müsəlman öz ölkəsində insanları islam dininə dəvət edir, kafirlər isə “terrorçuluğa dəvət” adı ilə onu tuturlar. O isə sübut edə bilər ki, “terrorçuluğa” yox, sadəcə islam dininə dəvət edirdi, bu da həmin ölkənin “qanunları” ilə caizdir. Lakin bunları küfr məhkəməsində sübut etmək, və yaxud bu iş üçün vəkil tutmaq caizdirmi?

Əlbəttə, zərurət halları həyatda çox müxtəlif ola bilər, və hamısını misallarla əhatə etmək mümkün deyil. Eləcə də aydındır ki, böyük bir zərurət olmadan, müsəlman küfr orqanlarına müraciət etməz. Amma böyük bir zərurət olduqda necə? Müsəlman ananın uşağını oğurlayıblarsa, yardım üçün o polisə və digər orqanlara müraciyət edə bilərmi? Yoxsa uşağını itirməsiylə barışmalıdır? Evinə narkotik atılan müsəlman video-çəkiliş kadrlarından istifadə edib günahsız olduğunu sübut edə bilərmi? Yoxsa 7-8-10-12-15 illik həbs cəzası ilə barışmalıdır?

Bəzi elmsiz danışmağı sevən müsəlmanlar bunun nəinki qadağan olduğunu, hətta islamdan çıxaran bir əməl olduğunu söyləyirlər. Onlar Allahın hökmünü dəyişənlər haqda gələn mətnləri bütün bu hallara aid edirlər: tağut məhkəmələrində özlərini qoruyan müsəlmanlara, yardım üçün polisə müraciət edənlərə və s. Amma bu doğrudurmu?

Gəlin bu haqda elmsiz danışmamaq üçün, bu məsələ barəsində sağlam əqidəli alimlərin nə dediklərinə və onların gətirdiyi dəlillərə nəzər salaq.

Şeyx Əbu Qatada əl-Filistini, Rusiya həbsxanalarında yatan müsəlmanların suallarını cavablandıraraq, deyir:

“…Bu əməl bəzi hallarda qismən hökm istəməyə aid olsa da, əslən başqa bir hala – ədalətsizlikdən şikayət və yardım istəmək halına aiddir

…O ki qaldı həbsə – bu ikrah (böyük məcburiyyət) vəziyyətlərindən biridir. Mən bildiyim qədər, alimlər arasında bu məsələdə ixtilaf yoxdur. Həbsxanadakı müsəlman ikrah altında olduğu üçün, hətta mühakimə olunaraq özünə bəraət qazanmaq məhbus üçün caiz olar. Lakin həqiqətdə isə bu – mühakimə olunmaq deyil. Allah bu vəziyyətə düşən müsəlmanlara yardım etsin…”

(Əbu Qatada əl-Filistini, «Rusiyada həbsdə olan müsəlmanların suallarına cavablar»).

Şeyx Əbu Qatada burada “ikrah” (böyük məcburiyyət) haqda danışarkən, bu Müqəddəs Ayəti nəzərdə tutur:

مَن كَفَرَ بِاللَّهِ مِن بَعْدِ إِيمَانِهِ إِلَّا مَنْ أُكْرِهَ وَقَلْبُهُ مُطْمَئِنٌّ بِالْإِيمَانِ وَلَكِن مَّن شَرَحَ بِالْكُفْرِ صَدْرًا فَعَلَيْهِمْ غَضَبٌ مِّنَ اللَّهِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

«Qəlbi imanla sabit qaldığı halda məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır» (16:106).

Və əgər kimsə özünü müsəlman saydığı halda, bu Ayətin hökmünü qəbul etmirsə, onda qoy başqa bir Müqəddəs Ayəti oxusun:

ثُمَّ أَنتُمْ هَؤُلَاءِ تَقْتُلُونَ أَنفُسَكُمْ وَتُخْرِجُونَ فَرِيقًا مِّنكُم مِّن دِيَارِهِمْ تَظَاهَرُونَ عَلَيْهِم بِالْإِثْمِ وَالْعُدْوَانِ وَإِن يَأْتُوكُمْ أُسَارَى تُفَادُوهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَيْكُمْ إِخْرَاجُهُمْ أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ فَمَا جَزَاءُ مَن يَفْعَلُ ذَلِكَ مِنكُمْ إِلَّا خِزْيٌ فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ الْقِيَامَةِ يُرَدُّونَ إِلَى أَشَدِّ الْعَذَابِ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

«…Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qismini inkarmı edirsiniz? Sizlərdən bunu edənin cəzası dünya həyatında rüsvay olmaq, Qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır…» (2:85).

Sonra: şeyx Əbu Muhəmməd əl-Maqdisi bu məsələ barəsində deyir:

“…Bunun caiz olmasına dəlil – Yusuf Əleyhis-Səlamın qadınlarla bağlı məsələdə özünü qorumasıdır. O, hökmdarın göndərdiyi adama deyir ki, hökmdar əllərini kəsən qadınlar haqda soruşsun.

Bunun başqa bir dəlili – Həbəşistan məlikinin yanına gələn səhabələrin onun suallarına cavab vermələri, Qureyşdən olan müşriklərin iftiralarından özlərini qorumalarıdır… Bu yaxşı məlum olan bir əhvalatdır – mən onu və bu bölümə aid olan digər hadisələri «Otuz risalə» adlı kitabımda qeyd etmişəm…”

(Əbu Muhəmməd əl-Maqdisi, “Müsəlmanı məhkəmədə qorumaq olarmı?” \هل يجوز الذهاب إلى المحكمة للدفاع عن شقيقي المسجون\)

Ümumən, müsəlmanın küfr məhkəməsində özünü qorumasına, suallara cavab verməsinə, kafirlərdən və onların təşkilatlarından kömək istəməsinə dair Quranda və Sünnədə aşağıdakı dəlillər var:

1. Yuxarıda zikr etdiyimiz ikrah Ayəsi (16:106).

2. Yusuf Əleyhis-Səlamın Quranda bir neçə yerdə keçən sözləri, və onun özünü iftiradan müdafiə etməsi:

قَالَ هِيَ رَاوَدَتْنِي عَنْ نَفْسِي ۚ وَشَهِدَ شَاهِدٌ مِنْ أَهْلِهَا إِنْ كَانَ قَمِيصُهُ قُدَّ مِنْ قُبُلٍ فَصَدَقَتْ وَهُوَ مِنَ الْكَاذِبِينَ

(Yusuf) dedi: “O məni yoldan çıxartmaq istəyirdi”… (12:26).

وَقَالَ لِلَّذِي ظَنَّ أَنَّهُ نَاجٍ مِنْهُمَا اذْكُرْنِي عِنْدَ رَبِّكَ فَأَنْسَاهُ الشَّيْطَانُ ذِكْرَ رَبِّهِ فَلَبِثَ فِي السِّجْنِ بِضْعَ سِنِينَ

(Yusuf) onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!” Lakin şeytan ona (Yusufu) ağasının yadına salmağı unutdurdu və o, zindanda bir neçə il də qaldı. (12:42).

وَقَالَ الْمَلِكُ ائْتُونِي بِهِ ۖ فَلَمَّا جَاءَهُ الرَّسُولُ قَالَ ارْجِعْ إِلَىٰ رَبِّكَ فَاسْأَلْهُ مَا بَالُ النِّسْوَةِ اللَّاتِي قَطَّعْنَ أَيْدِيَهُنَّ ۚ إِنَّ رَبِّي بِكَيْدِهِنَّ عَلِيمٌ

…(Yusuf) dedi: “Ağanın yanına qayıt və soruş gör ki, əllərini doğrayan qadınların məq­­sədi nə idi? Şübhəsiz ki, Rəbbim onların hiyləsini bilir”. (12:50).

3. İbn İshaqın “Sira”da, Ibn Kəsirin “Əl-Bidəyə və ən-Nihəyə”də, Əl-Qurtubinin “Təfsir”də, eləcə də Əl-Beyhəqinin, Əl-Humeydinin rəvayət etdiyi “Hilf əl-Fudul” (حلف الفضول) hadisəsi. Bu, islamdan öncə ərəblərin təşkil etdiyi bir ittifaq idi, və bunlar məzlumlara, haqqı tapdalanan insanlara kömək edirdilər. Allah Rəsulu (صلى الله عليه وسلم) onlar haqda dedi: Mən AbduLlah ibn Cudan’ın evində baş verən ittifaqın şahidi oldum, və bu ittifaqı bir sürü qırmızı dəvəylə dəyişməzdim. Əgər məni belə bir şeyə dəvət etsəydilər – mən islamda olduğum halda buna cavab verərdim”.

4. Səhabələrin (Allah onlardan razı olsun) Həbəşistan hökmdarı Nəcaşinin hüzüruna gələrək, onun suallarına cavab vermələri, Qureyşdən olan müşriklərin iftiralarından özlərini qorumaları (İbn Kəsir, “Əl-Bidəyə və ən-Nihəyə”, 3\69).

Və bu haqda başqa dəlillər də var, amma yəgin ki, bu qədər yetər.

Lakin bir daha qeyd etmək lazımdır ki, bunlar müsəlmanın özünü qorumasına, bu məqsədlə kafirlərin suallarına cavab verməsinə, kafirlərin qurum və təşkilatlarından kömək istəməsinə aid dəlillərdir. O ki qaldı küfr məhkəməsinə hökm üçün müraciət etməyə – bu ancaq bir halda – ciddi bir ikrah altında caiz ola bilər, digər hallarda isə qəti qatağandır.

Bu məsələlərdə fərqi anlatmaq üçün misal gətirək. Birinci hal: müsəlmanın evinə narkotik atılıb və o həbs edilib. Belə bir halda o vəkil tutur, şikayət yazır, bütün yollarla bunun iftira olduğunu sübut etməyə çalışır. Bu, ədalətsizlikdən və iftiradan qurtulmaq üçün yardım istəməkdir, və bu caizdir.

İkinci hal: müsəlman qohumlar arasında miras bölgüsü zamanı ixtilaf baş verir, və onlar qərar üçün küfr məhkəməsinə müraciət edirlər. Bu – hökm istəməkdir – və bu qətiyyən caiz deyil.

Şeyx Əbu-l Munzir əş-Şənqiti deyir:

“O ki qaldı Allahdan qeyri bir hökmə müraciət etməyə – bu qətiyyən qadağandır, hətta məhkəmədən tələb edilən qərar şəriətə uyğun olsa belə. Müsəlmanlar tağut məhkəməsinə müraciətdən uzaq durmalıdılar, hətta bu müraciət zalimlərə qarşı yönəlsə belə…..

Bu cür əməl yalnız ədalətsiz həbsə atılan, və ciddi zülmə məruz qalan bir məhbus üçün caiz ola bilər – əgər çətin vəziyyətdən çıxmaq üçün başqa bir vasitə qalmayıbsa…..”

Sonra isə o, Əbu Muhəmməd əl-Maqdisinin sözlərini misal gətirərək, yazır:

“Müsəlmanın batil məhkəmələrə könüllü şəkildə müraciət etməsi caiz deyil, hətta o bütün dünyanı itirsə belə!…..

…..Buna baxmayaraq, islamın hakimiyyəti yox olduğu bir dövrdə, islam qanunları tətbiq edilmədiyi zamanda, bizdən yox – başqa alimlərdən fətva alıb, haqsızlığı aradan qaldırmaq üçün bu məhkəmələrə müraciət edən insanları biz təkfir etmirik. Təkfir – başqa bir məsələdir… Bu haqda danışaraq, müsəlmanları küfrdə ittiham edənlər isə – aşırılığa meyilli olanlardır. Onlar insanlara qarşı rəhmi unudublar: islam ümmətinin bu günkü zəif vəziyyətini, zərurət və ikrah içində yaşadığını nəzərə almırlar…

…Eləcə də, onlar təkfirə maneə olan səbəblərlə maneə olmayan səbəbləri fərqləndirə bilmirlər. Şəriət məsələlərində bəzi incəliklər, təfərruatlar var – bu məsələlərdə insanın cəhaləti ona üzür gətirə bilər. Necə ki, Hatib ibn Əbu Bəltə ailəsinin üzərində kafirlərin hakimiyyətini yetərli bir zərurət və ikrah hesab etdi, Allah Rəsulunun (صلى الله عليه وسلم) sirrini müşriklərə bildirdi…..

…..Biz bu məhkəmələri tağut və küfr adlandıranlara rəddiyyə vermirik. Lakin yaxşı məlumdur ki, bir əməli təkfir etməklə, onu edən insanı təkfir etmək arasında fərq var. Və bir insanın üzərində təkfir şərtləri tamamlanmadıqca, təkfir üçün maneələr aradan götürülməyincə – biz onu kafir adlandırmarıq….

….Biz hesab edirik ki, bu məsələləri nəzərə almadan təkfirdə tələsənlər aşırılıq edirlər: haqdan azaraq, insanlara qarşı mərhəmət hissini tamamilə itiriblər.

Bunlardan bəziləri, hətta malını, maşınını, uşağını itirərək polisə müraciət edən insanları təkfir edirlər. Yəni bunlar, tağutun məhkəməsinə müraciətlə, dünyavi işlərdə yardım istəməyi fərqləndirə bilmirlər…

…Sonra: bunlardan bəziləri, öz sözlərini təsdiq etmək üçün, Nəcd alimlərinin sözlərini misal gətirirlər – lakin bu sözlərin doğru anlamını bilmirlər. Onlar təkfir məsələsində Əhli-Sünnənin üsullarına əməl etmirlər – yəni şərtləri və maneələri nəzərə almırlar” (Şeyx Əbu Muhəmməd əl-Maqdisinin sözlərinin sonu).

(Əbu-l Munzir əş-Şənqiti: “Ədalətsizlik halında küfr məhkəməsinə müraciyət etmək olarmı?” \هل يجوز التحاكم إلي القوانين الوضعية في حال الظلم\)

Allah isə ən doğrusunu Biləndir, və aləmlərin Rəbbi Olan Allaha Həmd Olsun.

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s